Qubadlıda ermənilərin qoyub qaçdığı döyüş sursatları aşkar edilib
2021-04-17 14:00
İşğaldan azad edilmiş ərazilərdə silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir. Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 118 minaatan mərmisi və 181 ədəd minaatan mərmisinə məxsus partladıcılar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Vüsalə Camal