Qubadlıda 29 yaşlı şəxs minaya düşüb
2021-04-23 10:05
Ötən gün saat 18 radələrində Qubadlı rayonu Teymur Müskanlı kəndi ərazisində 1993-cü il təvəllüdlü Bəybala Nəsibov piyada əleyhinə minaya düşüb. Qubadlı rayon prokurorluğunun məlumatına görə, zərərçəkən ağır dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev