Qubadlıda çaylara farel balıqları buraxılıb
2021-04-13 16:08
Qubadlıda Həkəri və Bərgüşad çaylarının qovuşduğu hissəyə 1000 ədəd qızıl xallı farelin buraxılışı həyata keçirilir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, qızıl xallı farel Azərbaycanın “Qırmızı kitab”ına düşmüş növdür. Çaylarda sululuq dərəcəsinin yüksək olması balıqların geniş yayılmasına müsbət təsir göstərəcək.
Vüsalə Camal