Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi davam etdirilir
2021-04-29 10:10
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi davam etdirilir. Uzunluğu 28,5 km olan yol 2 zolaqlı olmaqla bu il tikintisinin başa çatdırılması planlaşdırılır. Yol Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.
Nərgiz camal