Qubada WUF13 Festivalı başlayıb
Qubada Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) Festivalına start verilib. Sessiyada WUF13-ün Azərbaycan üçün əhəmiyyəti və forum çərçivəsində müzakirə olunacaq əsas mövzulardan danışılıb. 17–22 mayda Bakıda keçiriləcək WUF13 hər kəs üçün açıq olacaq və iştirakçılar forumda qeydiyyatdan keçərək fəal iştirak edə bilərlər.Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr təşkil olunacaq. Tədbirlərdə dayanıqlı və inklüziv şəhər inkişafı, innovativ şəhər həlləri və gələcəyin şəhərləri mövzuları geniş auditoriyaya təqdim ediləcək.
30 aprel 2026

