Qubada Türkiyə vətəndaşını maşın vurub

Quba rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Daewoo” markalı avtomobil yolu keçmək istəyən Türkiyə vətəndaşını vurub. Müxtəlif bədən xəsarətləri alan 22 yaşlı Cuma Kaykan, Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Vəfa Şairova