Canlı
Qubada maşınla vurulan piyada ölüb

2017-12-29 / 10:05

Qubada ağır yol qəzası olub. Rayonun mərkəzində “VAZ 2107" markalı avtomobil yolu keçmək istəyən 35-40 yaşlı piyadanı vurub. O, hadisə yerində dünyasını dəyişib. Meyit tibbi ekspertizadan keçirilməsi üçün Quba Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Fərid Mehdiyev