Canlı
Qubada itkin düşən alpinistlərin axtarışı davam edir

2017-12-28 / 10:05

Qubada itkin düşən üç alpinistin axtarışları hələ ki, nəticə verməyib. Axtarış işlərinə FHN-in Aviasiya dəstəsi və helikopteri cəlb olunub. Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxan “Gilavar” və “Ekstrim” İdman Klubunun 3 üzvü geri qayıtmayıb. İtkin düşən şəxslər alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır. Onlar marşrut üzrə ayın 25-i geri qayıtmalı imişlər. Lakin alpinistlərlə əlaqə kəsilib.

Vəfa Şairova