Canlı
Qubada iki qardaş həmkəndlisini bıçaqlayıb

2018-06-13 / 10:23

Quba rayonunda bıçaqlanma olub. Zərdabi kəndində kənd sakini Eldəniz Dadaşov ilə həmkəndliləri 45 yaşlı Kamran və 39 yaşlı Elman Ağasiyev qardaşları arasında mübahisə yaranıb. Nəticədə iki qardaş Eldəniz Dadaşovu bıçaqlayıb. Yaralı təcili olaraq Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub. Faktla bağlı cinayət işi açılıb. Hər iki qardaş saxlanılıb.

Vəfa Şairova