Canlı
Qubada idman klubundan pul oğurlayan şəxs yaxalanıb

2018-05-16 / 14:19

Quba polisi oğurluq faktının üstünü açıb. RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 14-də rayon ərazisindəki idman klublarının birindən 900 manat oğurlamaqda şübhəli bilinən Qalib Əlibəyov saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun həmin tarixdə digər rayon sakininin 100 manatını oğurlaması da müəyyən edilib.

Ruhəngiz Hacızadə