Qubada dəhşətli cinayət: oğul atasını baltalayıb
2021-06-10 10:10
Quba rayonunda qətl hadisəsi törədilib. Rayonun Rustov kənd inzibati ərazi dairəsinin Sofikənd kəndində kənd sakini, 25 yaşlı Rəvan Sadıq oğlu Ramazanov atası, 51 yaşlı Sadıq Rzaqulu oğlu Ramazanovu balta ilə sinə və başından vuraraq öldürüb. Rəvan Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Fərid Mehdiyev