Qubada cinayətkar dəstəsi zərərsizləşdirilib

2019-05-15/ 16:08

Qubada aprel-mayda 5 nəqliyyat vasitəsini oğurlayan cinayətkar dəstə zərərsizləşdirilib. Onların rayon sakinləri - Taleh Atakişiyev, Mahir Məmmədov, Orxan Bədəlov, Tural Əliyev, Asif Əsgərov və Mirəli Sadıqov olduqları müəyyən edilib. Onların oğurladıqları “Vaz” markalı nəqliyyat vasitəsi ilə qəza törətdikləri də məlum olub. Avtomobili idarə edən Taleh Atakişiyev RMX-na yerləşdirilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Ruhəngiz Hacızadə