Qubada ağır yol qəzasında 5 nəfər xəsarət alıb
Qubanın Zizik kəndində yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticədə maşın yoldan çıxaraq elektrik dirəyinə, daha sonra fərdi yaşayış evinə çırpılıb.
Hadisə zamanı 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev