Qubada 7 silah polisə təhvil verilib, 4 qumbara tapılıb
Qubada qanunsuz saxlanılan 6 ədəd müxtəlif növ tüfəng və onlara məxsus patronlar, “AK-74” markalı avtomat, həmin silaha məxsus patron darağı təhvil götürülüb. Bundan başqa polis rayon ərazisində müxtəlif markalı 4 ədəd qumbara, 3 ədəd qumbara alışdırıcısı, 4 ədəd patron darağı və 92 ədəd güllə aşkar edib.
Nərgiz Camalzadə