Quba polisi əməliyyat keçirib, rayon sakinindən silah-sursat və narkotik götürülüb
2021-04-11 12:00
Polis Qubanın Xucbala kənd sakini Azər Məmmədovdan yarım kiloqramdan artıq marixuana, əkilib-becərilməsi qadağan edilmiş çətənə bitkisi və onun toxumları, külli miqdarda heroin, tiryək, metamfetamin və 1 ədəd elektron tərəzi götürüb. Məmmədovun evindən 2 tüfəng və onlara aid patronlar, fərqli silahlara məxsus 2 ədəd nişangah və 3 ədəd xəncər-bıçaq götürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.
Nərgiz camal