Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və kompleksin mühasibi Vidadi Şirinov həbs ediliblər."Report" məlumat verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalar zamanı hər iki şəxsin qanunazidd hərəkətləri müəyyən edilib.Onlar mənimsəmə və vəzifə cinayətlərində təqsirləndirilirlər. İş üzrə dövlətə və ya digər tərəfə dəymiş ziyanın yarım milyon manatdan çox olduğu bildirilir.
23 oktyabr 2026

