Quş qripi səbəbindən bəzi ölkələrdən Azərbaycana idxala müvəqqəti məhdudiyyət tətbiq edilib
Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, yoluxucu heyvan xəstəlikləri ilə bağlı bəzi ölkələrdən Azərbaycana müəyyən malların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib. Məhdudiyyətin səbəbi ABŞ, Böyük Britaniya və digər ölkələrdə yüksək patogen quş qripi xəstəliyinin qeydə alınmasıdır.