Qrup mərhələsinin təqvimində ev matçlarının yeri kimi Tofiq Bəhramov adına Respublika Stadionu göstərilib”
2020-10-03 13:09
"Qarabağ" hərbi vəziyyətlə bağlı Azərbaycanda tətbiq olunan komendant saatına görə UEFA Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını neytral meydanda keçirmək barədə düşünmür. Ağdam klubunun baş meneceri Asif Əsgərov deyib ki, sözügedən məsələ ətrafında qitə futbol qurumu ilə hər hansı müzakirə olmayıb. "Qrup mərhələsinin təqvimində ev matçlarının yeri kimi Tofiq Bəhramov adına Respublika Stadionu göstərilib. Bakıdakı matçların saatı isə 21:55-dir".
Fərid Mehdiyev