Qripə qarşı peyvəndlənməyə başlanılıb
Bakı və Sumqayıtda mövsümi qripə qarşı peyvəndlənməyə başlanılıb.Bu barədə TƏBİB-dən məlumat verilib.Regionlarda isə vaksinlərin tibb müəssisələrinə çatdırılması mərhələli şəkildə davam etdirilir.Vaksin qripə yoluxma riskini, xəstəliyin ağır keçməsi və xəstəxanaya yerləşdirilmə ehtimalını azaltmağa kömək edir.Peyvəndlənmə xüsusilə altı aydan yuxarı uşaqlara, 65 yaşdan yuxarı şəxslərə, xroniki xəstəlikləri və immun sistemi zəifliyi olanlara, hamilə qadınlara və tibb işçilərinə tövsiyə edilir.Qripə qarşı peyvəndlənmə könüllüdür. Peyvənd olunmaq istəyənlər ərazi üzrə ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.
22 oktyabr 2026

