Q.Qurbanov: “Çox çətin oyun gözləyirik, ancaq biz görüşə hazırıq”
“Braqa” cütün favoritidir. Ancaq biz buna önəm vermədən mübarizə aparacağıq”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransında deyib. 52 yaşlı mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib. Baş məşqçi iki komanda arasında müqayisə aparmağın doğru olmadığını da vurğulayıb. Bu gün keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Azad Mustafayev