Q.Qurbanov: "Şansdan istifadə etməyə çalışacağıq"
İlk oyunun hesabı bizi aldatmamalıdır, ehtiyatı əldən verməyəcəyik. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib. "Matçı yaxşı notda başa vurmaq istəyirik. Şans varsa, bundan istifadə etməyə çalışacağıq" - deyə baş məşqçi vurğulayıb. Sabah keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” - “Braqa” oyunu üçün son tamamlanma işləri görülür.
Fərid Mehdiyev