Qoyun və keçilərin güzəştli sığortası başlayıb
2021-01-06 18:08
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən yeni aqrar sığorta mexanizmi çərçivəsində sığortalanan kənd təsərrüfatı heyvanlarının siyahısı genişləndirilib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bundan sonra südlük inək və camışlarla yanaşı, ətlik mal-qara, eləcə də qoyun və keçiləri də sığortalamaq mümkün olacaq. Sığorta həm xaricdən gətirilən cins, həm də yerli heyvanlara aiddir.
Vüsalə camal