Qondarma rejimin saxta başçısı beynəlxalq axtarışa verilib
2020-10-30 16:08
Qondarma "DQR"in prezidenti elan edən Araik Arutyunyan, köməkçisi David Babayan, qondarma rejimin "müdafiə naziri" adlandırılan Cəlal Arutyunyan və deputat Armen Babacanyan barədə cinayət işi başlanıb. Baş prokuror Kamran Əliyev bildirib ki, onlar müharibə cinayətləri törətməkdə təqsirləndirilərək istintaqa cəlb edilmələri barədə qərar qəbul edilib. Həmçinin, onların tutularaq istintaqa cəlb edilməsi barədə İnterpola məlumat verilib.
Vəfa Şairova