Qohumlar arasında mübahisə qətlə səbəb oldu
2020-06-29 14:06
Qazaxda 48 yaşlı kişinin qohumu tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub. Öldürülən rayonun Aslanbəyli kəndinin sakini Telman Əhmədov hadisəni törətməkdə şübhəli bilinən, 30 yaşlı Fərrux Məmmədovun anasının əmisi nəvəsidir. Bakı şəhər qeydiyyatında olan, gənc anasının babasıgilə qonaq gedib. Bu zaman onunla qonşuluqda yaşayan qohumu Telmanla hələlik bilinməyən səbəbdən mübahisə yaranıb. Bu zaman sonuncu bıçaqlanaraq ağır halda Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Lakin yaralının həyatını xilas etmək mümkün olmayıb. Fərrux Məmmədov saxlanılaraq istintaqa cəlb olunub.
Nərgiz Camal