Qobustanda qazıntı işləri zamanı torpaq çöküb
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Qaradağ rayonu, Qobustan qəsəbəsində qazıntı işləri aparılan zaman torpaq qatının çöküb və 2 nəfər vətəndaş torpaq qatının altında qalıb.Xilasetmə əməliyyatı nəticəsində bir nəfər kişi xilas edilib, bir nəfərin isə meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Hadisə ilə əlaqədar araşdırma aparılır.
24 aprel 2026

