Qobustanda avtomobil aşıb, ölən var
Qobustanın Cəngi kəndində 1993-cü il təvəllüdlü Xəyal Məmmədov idarə etdiyi " Nissan X-trail" markalı avtomobili aşırıb. Maşında sərşinin qismində olam Amil Mayılov aldığı xəsarətdən ölüb. Bakının Xətai rayonunda isə 1951-ci il təvəllüdlü Cəfərova Tahirə Məmməd qızını və 1991-ci il təvəllüdlü Məmmədova Günel Əziz qızını yolu keçərkən avtomobil vurub. Qaradağ rayonunda da analoji hal qeydə alınıb. Piyada 1999-cu il təvəllüdlü Həsənov Həsən Vüqar oğlunu avtomobil vurub.
Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.