Abşeronun Qobu qəsəbə sakini olan bir nəfər polisə müraciət edərək borclu olduğu əvvəldən tanıdığı şəxslərin ona hücum etdiyini daha sonra naməlum ünvana apararaq qanunsuz olaraq orada saxladıqdan sonra mobil telefon və pulunun həmin şəxslər tərəfindən əlindən alındığını bildirib. Abşeron polisi hadisəni törətməkdə şübhəli bilinən Qobu qəsəbəsi sakini Zaur Əliyev, Ceyhun Səmədzadə və qardaşı Rafiq Səmədov tutulublar. Onlardan külli miqdarda narkotik vasitə olan heroin də aşkar edilib. Daha bir əməliyyat nəticəsində həyətində narkotik tərkibli çətənə kolları əkən əvvəllər də məhkum olunmuş Tariel Sadıqov saxlanılıb. Ondan yaş halda çəkisi 10 kiloqram olan çətənə kolları aşkar edilib. Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.