Qoşqar çayının Göygölün Topalhəsənli kəndindən keçən hissəsində suyun səviyyəsi sürətlə qalxıb
2021-06-11 14:10
Qoşqar çayının Göygölün Topalhəsənli kəndindən keçən hissəsində suyun səviyyəsi sürətlə qalxıb. Nəticədə kənd sakini 40 yaşlı Ramal Qocayev çayı keçmək istəyərkən təhlükə ilə üzləşib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri vətəndaşı çaydan çıxarıblar. Ramal Qocayevin həyatı üçün təhlükə yoxdur.
Nərgiz camal