Qlazqoda düzənlənən dünya çempionatında kişi idman gimnastikası üzrə təsnifat yarışları keçirilib

Azərbaycan təmsilçiləri Petro Paxnyuk və Oleq Stepko ən güclü 24 gimnastın qalibinin müəyyənləşəcəyi çoxnövçülük finalına vəsiqə qazana bilməyib. Buna baxmayaraq, qarşıya qoyulan minimum məqsədə nail olan Stepko çoxnövçülükdə topladığı xal sayəsində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparmaq üçün test turnirinə yollanacaq. Stepkonun parallel qollarda əldə etdiyi nəticə isə, ona noyabrın 1-də bu növdə keçiriləcək finalda iştirak etmə imkanı verib.

Orxan Cəfərzadə