QİÇS-ə milliyətindən, dinindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir insan yoluxa bilər

2019-11-30 12:02

QİÇS-ə milliyətindən, dinindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir insan yoluxa bilər. BMT-nin QİÇS üzrə Birləşmiş Proqramına əsasən hər il dünyada yüz minlərlə insan bu xəstəlikdən vəfat edir. Bu fikirlər Gəncədə kollec tələbələri üçün “Sağlam ol, gələcəyini düşün” adlı tədbirdə səsləndirilib. Ümumilikdə bu ilin 9 ayı ərzində Respublikada 524 nəfərin İİV-ə yoluxma halı qeydə alınıb ki, bunlardan da 498 nəfəri Azərbaycan, 26 nəfəri isə xarici vətəndaşlardır.

Ruhəngiz Hacızadə