Qeysəriyyə yolu ilə uşaq dünyaya gətirən qadın xəstəxanada ölüb
2020-07-22 18:05
İyulun 19-u Ağsu sakini, 32 yaşlı Məxliqə Fərəcovanın müalicə olunduğu A.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında ölməsi barədə məlumat yayılıb. İlkin araşdırmalarla müəyyən edilib ki, iyulun 11-də ,o, Ağsu Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı olunaraq uşaq dünyaya gətirib, lakin iyulun 13-də səhhəti kəskin pisləşdiyindən A.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Fakt araşdırılır.
Vüsalə Camal