Qeyri-rəsmi münasibətdə olan keçmiş məhkumlardan narkotik götürülüb
Qaxda əvvəllər məhkum olunmuşlar, rayon sakini Ramazan Balacayev və onunla qeyri-rəsmi münasibətdə yaşayan Şükufə Hacıyeva saxlanılıblar. Üzərlərindən və yaşadıqları ünvandan külli miqdarda heroin və metamfetamin götürülüb. Saxlanılan şəxslər ifadələrində həmin narkotik vasitə və psixotrop maddəni sosial şəbəkədə tanış olduqları İran vətəndaşından onlayn yolla aldıqlarını bildiriblər.
Nərgiz Camalzadə