Qeyri-qanuni erməni silahlıları Ağdam istiqamətindəki mövqelərimizin qarşısında mina basdırmağa cəhd göstəriblər
Sentyabrın 17-si Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa və mina basdırmağa cəhd göstəriblər. Ordumuzun Ağdam rayonu və Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə də tutulub. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Nərgiz Camalzadə