Qeyri-etik fotoları çəkərək yayan şəxs həbs edilib
2020-09-21 16:06
Neftçalada 18 yaşına çatmayan qızın qeyri-etik fotolarını çəkərək yayan şəxs cinayət məsuliyyətinə cəlb edilib. Əyyar Əzizovun qeyd edilən cinayət hadisələrini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Və o, təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Vüsalə Camal