Qazilərlə bağlı koordinasiya mərkəzi yaradılıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Vətən müharibəsində, eləcə də erməni təxribatlarının qarşısını alarkən yaralanan qazilərə yardım edilməsi ilə bağlı koordinasiya mərkəzi yaradılıb. Qazilər növbədənkənar qəbul edilib, xidmət göstərilir. Onlar əgər müayinə və müalicənin özəl xəstəxanalarda aparılmasını istəyirsə, onlara göndəriş verilir. Həmçinin müalicəsi rayonda mümkün olmadıqda, həmin şəxslər Bakıya yönləndirilir. Həmçinin, müharibə iştirakçılarına yardım göstərilməsi üçün ayrıca psixoloq ştatı yaradılıb və onlara psixoloji xidmət göstərilir.