Qazilərin mühərrikli oturacaqlarla təminatına başlanılıb
2021-03-10 12:10
Vətən müharibəsində yaralanmış qazilərimizin mühərrikli təkərli oturacaqlarla təminatına başlanır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirovun sözlərinə görə, ilk mərhələdə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlilliyi olan şəxslərə, sonrakı mərhələdə digər əlilliyi olanlara oturacaq təqdim olunacaq. Bundan başqa, 15 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib, 210 qaziyə 1220 reabilitasiya vasitəsi verilib.
Vüsalə Camal