"Qazilərimizə yardımın gücləndirilməsi ilə bağlı Türkiyə xəstəxanaları ilə işlərimiz davam edir" - Zaur Əliyev
2021-02-08 12:06
"Qazilərimizə yardımın gücləndirilməsi ilə bağlı Türkiyə xəstəxanaları ilə işlərimiz davam edir". İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev bildirib ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də sıx əməkdaşlıq edilir və Türkiyə istehsalı olan vaksinin 3-cü faza sınaq mərhələsinin də Azərbaycanda keçirilməsi ilə bağlı danışıqlar olub. Zaur Əliyev qeyd edib ki, gələcəkdə iki ölkə vətəndaşları qarşılıqlı şəkildə icbari tibbi sığortanın tərkibinə aid olan xidmətlərdən də istifadə edə biləcəklər.
Nərgiz camal