Qazaxstanda futbol oyunları bərpa olunur
2020-06-26 18:08
Futbol üzrə Qazaxıstan çempionatının bərpa olunacağı vaxt açıqlanıb. Mövsüm iyulun 1-də qaldığı yerdən davam edəcək. Bütün oyunlar azarkeşsiz keçiriləcək və stadiondakı işçilər məhdud sayda olacaq. Qazaxıstan çempionatı martın 16-da koronavirus pandemiyasına görə dayandırılıb.
Nərgiz Camal