Qazaxla sərhəddə Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirilir
Azərbaycan və Ermənistan sərhəd komissiyalarının növbəti iclası başlayıb. Görüşdə Azərbaycan heyətinə Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə bu ölkənin Baş nazirinin müavini Mger Qriqoryan rəhbərlik edir. Görüş İcevanla Qazax sərhədində keçirilir. Görüşdə işğaldan azad olunan 3 rayonun minalı ərazilərinin xəritələrinin Azərbaycana təhvil verilməsi və sülh sazişi istiqamətində işlərin sürətləndirilməsi məsələsinin müzakirə olunduğu bildirilir.
Fərid Mehdiyev