Qazaxda çayların daşması nəticəsində ciddi fəsadlar yaranıb
Qazax rayonunda Coğazçay, Ağstafaçay və Xramçayın daşması nəticəsində fəsadlar yaranıb. Ötən gün Dəmirçilər kəndinə gedən yolun üzərində olan körpü qismən uçduğundan yol tamamilə bağlanıb. Rayonunun İkinci Şıxlı kəndi ərazisində də sel müşahidə edilib. Vətəndaşlara məxsus obyektləri, park və sahələri su basıb. Müvafiq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilib. Fəsadlar aradan qaldırılır.
Azad Mustafayev