Qazaxda yetkinlik yaşına çatmayan şəxsin erkən nikaha daxil olmasının qarşısı alınıb
2021-06-08 18:09
Qazaxda yetkinlik yaşına çatmayan şəxsin erkən nikaha daxil olmasının qarşısı alınıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə Kosalar kəndində qeydə alınıb. Polis əməkdaşları mərasimin keçirilməsini dayandırıb. Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb və bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər.
Nərgiz camal