Qazaxda yeni məktəb binası tikiləcək
2020-08-04 18:00
Prezident İlham Əliyev “Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncamda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Dəyişikliyə əsasən, məktəb-liseyin binası sökülərək yenidən tikiləcək.
Nərgiz Camal