Qazaxda və Lənkəranda külli miqdarda narkotik aşkarlanıb
Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub. Əməliyyatlar nəticəsində Qafarzadə Rövşən Sakit oğlu saxlanılıb. Onun üzərindən 1240 ədəd metadon həbi tapılıb. R.Qafarzadə narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşının göstərişi ilə Lənkəran rayonu ərazisindən əldə etdiyini bildirib.
Qazaxda qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən Kosalar kənd sakini Əli Nəsibov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə dibçəklərdə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Fərid Mehdiyev