Canlı
Qazaxda qadını güllələməkdə şübhəli bilinən şəxs saxlanılıb

2018-04-16 / 12:05

Aprelin 14-də Qazaxın Yuxarı Salahlı kənd sakini 26 yaşlı Mehriban Nəsibovanın baş və bədən nahiylərindən çoxsaylı qırma xəsarətləri ilə xəstəxanaya gətirilməsi faktı ilə əlaqədar əməliyyat tədbirləri nəticə verib. Hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Sevdimalı Abdullayev saxlanılıb. Onun evindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ruhəngiz Hacızadə