Qazaxda narkotik satan və alan şəxslər saxlanılıb
Qazaxda qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Məlahət Muradova və Faiq Məmmədov saxlanılıblar. Dindirilmə zamanı onlar narkotik vasitəni evində xidmətçi işlədikləri Adil Qurbanovdan pul müqalibində aldıqlarını etiraf ediblər. Rayon sakini Adil Qurbanov da saxlanılıb və evindən 295 qram heroin aşkar edilərək götürülüb.