Qazaxda narkotik satan şəxs saxlanılıb
2020-09-10 18:06
Qazaxda qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli bilinən rayon sakini Rüfət Rəsulov saxlanılıb. Onun üzərindən 0.092 qram metamfetamin aşkar edilib. Ona narkotik vasitəni satan həmyerlisi, əvvəllər məhkum olunmuş Şükür Məmmədov da saxlanılıb və üzərindən 0.313 qram heroin götürülüb. İstintaqla Məmmədovun avqustun 29-unda Qazaxdan Bakıya gedərkən Göygöldə yerləşən yanacaq doldurma məntəqələrindən birinə daxil olaraq oradan 300 manat dəyərində mobil telefon və 500 manat nəğd pul oğurlaması da məlum olub.
Vəfa Şairova