Qazaxda narkotik satışına görə 5 nəfər saxlanılıb
Şübhəli Eyvaz Bayramov üzərindən aşkarlanan heroini Maral adlı qadından aldığını bildirib. Saxlanılan Maral Osmanovanın evindən də heroin və müxtəlif psixotrop həblər aşkarlanaraq götürülüb.
Polis eləcə də Elcan Dilbazinin yaşadığı evdən 36 ədəd kibrit qutusunda marixuana aşkar edib.
Tovuz rayon sakini Ramil Verdiyevdən metamfetamin, Qazax rayon sakini Azər Yusifovdan isə heroin götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Fərid Mehdiyev