Qazaxda narkokuryerlik edən şəxslər saxlanılıblar
Qazaxda İrandan qeyri-qanuni yolla rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb. Məlum olub ki, Gəncə sakini Əkbər Vəliyev pul qarşılığında Qazaxda gizlədilmiş narkotik vasitəni Gəncəyə aparmağa razılaşıb. Həmin şəxsin əlindəki sellofan torbadan 2 kq 8 qram “marixuana”, 1 kq 182 qram “heroin” və 3 ədəd metadon həbi aşkar olunaraq götürülüb.