Canlı
Qazaxda maşınla vurulan piyada dünyasını dəyişib

2018-08-08 / 16:07

Qazaxda ölümlə nəticələnən yol qəzası olub. Hadisə İkinci Şıxlı kəndində qeydə alınıb. Qaymaqlı kənd sakini Həmid Mustafayev idarə etdiyi “Oka” markalı avtomobillə yolu keçən İkinci Şıxlı kənd sakini Azad Abbasovu vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən fakt araşdırılır.

Ruhəngiz Hacızadə