Qazaxda maşın aşıb, 3 nəfər yaralanıb
2020-04-21 12:02
Bakı-Qazax avtomobil yolunun Qazaxın Çaylı kəndindən keçən hissəsində qəza qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə Emin Vəliyev və Nicad Süleymanov xəsarət alıb. Hadisə zamanı daha bir nəfərin də xəsarət aldığı bildirilir. Yaralılar rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb.
Vəfa Şairova